Geosiyasi risklərin yüksək inflyasiya, aşağı iqtisadi aktivliyə və beynəlxalq ticarətin azalmasına səbəb olması qiymətlərə təsir edə bilər.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard "Amerikanın Xarici Əlaqələr Şurası"nda (CFR) etdiyi çıxışda bildirib ki, "Qlobal dəyər zəncirləri" "Soyuq Müharibə"dən sonrakı dövrdə inkişaf edən beynəlxalq institutların və ticarətin təsiri ilə dərinləşib.

Geosiyasi risklərə görə inflyasiyanın yüksəlməsinə, iqtisadi aktivliyin aşağı enməsinə və beynəlxalq ticarətin azalmasına diqqət çəkən AMB-nin sədri Kristin Laqard, "Qlobal dəyər zəncirləri"nin geosiyasi xətlər boyunca parçalanacağı halda, qlobal istehlak səviyyəsinin artacağını və qiymətlərin qısa müddətdə təxminən 5% dəyişəcəyini bildirib.