Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard 2%-lik inflyasiya hədəfinə çatacaqlarına əmin olduğunu bildirib.

İndex.az xəbər verir ki, AMB-nin prezidenti Kristin Laqard "La Tribune Dimanche"ə verdiyi müsahibədə bildirib ki, inflyasiyanın 2%-ə çatdırılmasını istəyir və buna nail olacağından əmindir.

Keçən ay AMB ardıcıl 10-cu dəfə borclanma xərclərini artırdı və depozit faizini rekord səviyyəyə qaldırdı.

Əksər siyasətçilər inflyasiyanın hədəfə qaytarılması üçün bu səviyyəni bir müddət saxlamağın kifayət edəcəyini desələr də, bəzi siyasətçilər əlavə artımların lazım ola biləcəyini söyləyirlər.

Avropanın təbii qaz ehtiyatlarının vəziyyəti ilə bağlı açıqlamasında Laqard, sentyabr ayı etibarilə Avropanın qaz ehtiyatlarının 90%-dən çoxunun doldurulduğunu və bu qışı, daha çox inamla qarşılayacaqlarını qeyd edib.