"Twitter"in idarə heyətinin keçmiş sədri Omid Kordestani X-ə qarşı iddia irəli sürüb.

İndex.az xəbər verir ki, Kordestanin sözlərinə görə, İlon Mask 20 milyon dollardan çox səhm təzminatını ödəməkdən imtina edib.

Qeyd edək ki, bu iddiadan əvvəl "Twitter"in keçmiş baş direktoru Paraq Aqraval və digər üç idarəçi təqribən 128 milyon dollarlıq təzminat üçün iddia qaldırıb.

Bu mübahisələr platformanın maliyyə sabitliyinin olmadığını, keçmiş işçiləri və maraqlı tərəflər qarşısında öhdəliklərini yerinə yetirmədiyini göstərir.