“Kapital Bank”ın nümayəndə heyəti Gəncə şəhərində yerləşən üç ali təhsil müəssisəsində – Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində elmi-pedaqoji heyət və tələbələr üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlimlər keçirib. Tədbirlər “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində baş tutub.

Təlimlərdə “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər.

Bank nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılması qeyd edilib. Həmçinin, vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə özünü dələduzlardan qoruya bilər. Hər üç təlimin yekununda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, auditoriyanın gündəlik həyatda rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

Xatırladaq ki, “Kapital Bank” tərəfindən həyata keçirilən “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində ölkə üzrə maarifləndirici təşəbbüslər həyata keçirilir. Bank təlimlərlə yanaşı, kütləvi informasiya vasitələrində kibertəhlükəsizliklə bağlı press-relizlər, sosial şəbəkələrdə