Kanada Çin elektromobillərinə 100% vergi qoymağı planlaşdırır.

İndex.az xəbər verir ki, əlavə olaraq, Çindən gələn polad və alüminium məhsullarına 25%-lik gömrük rüsumunun tətbiq ediləcək.

Kanadanın baş naziri Castin Trüdonun bu qərarı Nazirlər Kabinetinin iclasında açıqlayacağı gözlənilir.

Əsasən ABŞ ilə ticarətə güvənən ixracyönümlü bir iqtisadiyyatı olan Kanada, Bayden administrasiyasının Çinin elektromobilləri, batareyaları, günəş batareyaları, polad və digər məhsullarına qarşı daha yüksək tarif divarı qurmaq üçün atdığı addımları yaxından izləyir.