Kanada, ABŞ texnologiya şirkətlərini hədəf alan rəqəmsal xidmətlər vergisinin ləğv edildiyini açıqlayıb.

İndex.az xəbər verir ki, Kanadanın Xəzinədarlıq Departamenti bu addımın ABŞ-la ticarət danışıqlarını inkişaf etdirmək məqsədilə atıldığını bildirib.

Bu açıqlama bazar günü ABŞ prezidenti Donald Trampın ticarət danışıqlarını bitirməsindən bir neçə gün sonra verilib.