Kanada iki kritik xammalda ABŞ administrasiyasına cavab verməyə çalışır.
İndex.az xəbər verir ki, Kanada, Donald Trampın Kanada ilə ticarət müharibəsinə başlayacağı təqdirdə neft və uran ixracına tariflərin tətbiqi üzərində işləyir.
Mənbələrin "Bloomberg"ə verdiyi məlumata görə, ölkənin maliyyə və iqtisadi vəziyyəti ilə bağlı planlaşdırılmış yeniləmənin bir hissəsi olaraq, Baş Nazirə ixrac nəzarəti ilə bağlı genişləndirilmiş səlahiyyətlərin verilməsi də gündəmdədir.
Qeyd edək ki, Kanada ABŞ-a ən böyük xarici neft tədarükçüsüdür. Bəzi ABŞ neft emalı zavodları daha ucuz Kanada ağır xam neftini almaqdan asılıdır və alternativləri azdır.
