“JPMorgan” və “Pimco” Çin ilə bağlı proqnozlarını paylaşıb.
İndex.az xəbər verir ki, Çin iqtisadiyyatında struktur problemləri olduğuna görə, “JPMorgan” və “Pimco” tərəfindən Çinə investisiya yatıranların ehtiyyatlı olmağının lazım olduğu bildirib.
Belə ki, “JPMorgan”ın rəhbəri Coys Çanqın proqnozuna görə, Çin iqtisadiyyatı, hökumətinin rəsmi hədəfi olan 5%-lik artım tempinin bu il aşılacaq.
Çanqın sözlərinə görə, buna baxmayaraq gələcək 10 ildə artım 3% civarında azala bilər.
“Pimco Asia SGMK”nin rəhbəri Stefen Çanq, son illərdə Çinə istiqraz yerləşdirmələrinin azalmasının səbəbini izah edərək, bunun iqtisadiyyatı daha yaxşı müdafiə edəcəyini bildirib.
Çanq Çinin daşınmaz əmlak bazarının nə vaxt bərpa olunacağını proqnozlaşdırmağın çətin olduğunu qeyd edib.
“Pimco” rəhbəri, qeyri-yaşayış sektorlarında ucuz qiymətləndirmələr səbəbiylə bəzi Çin aktivlərində alış üçün fürsət olduğunu söyləyib.
