"JPMorgan" starteqi səhimlərin dəyər itirəcəyi ilə bağlı xəbərdarlıq edib.
İndex.az cəbər verir ki, "JPMorgan" strateqi Marko Kolanovic açıqlamasında bildirir ki, səhmdarların riskdən çəkinməsi, bank iflaslarından qaynaqlanan mənfi ab-hava, neft şoku və səhmlərdə yavaşlayan artım göstərir ki, səhmlər 2022-ci ilin ən aşağı səviyyələrinə qaytarmağa hazırlaşır:
"FED bu il uçot dərəcələrini aşağı salmaq niyyətində olmadığını bildirib. Lakin riskli aktivlər misli görünməmiş bir artım nümayiş etdirir. Çünki Avropa səhmləri bütün zamanların ən yüksək səviyyələrinə yaxınlaşarkən ABŞ səhmləri isə son qiymətlərini bərpa edir. Biz bazarın qarşıdakı aylarda ötən ilin ən aşağı səviyyəsini yenidən sınaqdan keçirəcəyini gözləyirik”.
