Bank sektorunda kapital qaydalarını sərtləşdirəcək FED planına "Wall Street"dən reaksiya gecikməyib.

İndex.az xəbər verir ki, "JPMorgan"ın baş direktoru Xamye Dimon CNBC-yə verdiyi müsahibədə bildirib ki, sərt kapital qaydaları ABŞ banklarının ev və KOBİ kreditlərinə olan iştahını azaldacaq:

“Biz bu qaydalara əməl edəcəyik. Amma mən düşünmürəm ki, bu, Amerika üçün düzgün bir şey deyil”.

FED, əmanət sığortası agentliyi FDIC və bank nəzarəti agentliyi OCC tərəfindən tərtib edilmiş plana əsasən, "Wall Street"in ən böyük bankları kapital buferlərini 19% artırmalı olacaqlar.