"JPMorgan Chase Bank"ı "First Republic Bank"ın işçilərini ixtisar etməyi planlaşdırır.
İndex.az xəbər verir ki, may ayında "First Republic Bank"ı satın alan "JPMorgan Chase Bank"ı "First Republic Bank"ın 1000 əməkdaşını işdən çıxarmağa hazırlaşdığı bildirib.
Bildirilib ki, ixtisar olunacaq insanların sayı "First Republic Bank"ın işçilərinin təxminən 15%-ni təşkil edir.
Qeyd eədk ki, "JPMorgan" "First Republic Bank"ının 7000 əməkdaşına müvəqqəti və ya tam ştatlı vəzifələr üçün iş təklif edib.
Digər tərəfdən, müvəqqəti vəzifələrin işdən asılı olaraq təxminən üç aydan bir ilə qədər davam edəcəyi bildirilib.
