"JPMorgan"ın CEO-su Ceymi Dimon bir sıra açıqlamaları ilə diqqət mərkəzinə gəlib.

İndex.az xəbər verir ki, "JPMorgan"ın CEO-su Ceymi Dimon CNN-ə verdiyi müsahibədə bildirib ki, ABŞ bankçılığındakı böhran sona yaxınlaşır.

Dimon, yalnız bir neçə bankın SVB-nin yaşadığı problemlərlə üzləşdiyini, gələn həftə sənaye tərəfindən açıqlanacaq balans hesabatlarının böyük ölçüdə yaxşı olacağını bildirib.

Digər tərəfdən, bankların FED-in təcili likvidlik kanalından istifadəsi azalsa da, banklar öz yüksək səviyyələrini qoruyub saxlayırlar.

ABŞ bankları FED-in təcili likvidlik kanalları vasitəsilə ötən həftə 148,7 milyard dollar istifadə edib.

Əvvəlki həftə bu ölçü 152,6 milyard dollar səviyyəsində idi.