İyun ayında Rusiyada illik inflyasiya ötən ayla müqayisədə 8,3%-dən 8,59%-ə yüksəlib.

İndex.az xəbər verir ki, Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqladığı məlumatlara görə, ölkədə ərzaq məhsullarının qiyməti iyun ayında illik bazda 9,81% artıb.

Sözügedən dövrdə qeyri-ərzaq mallarının qiymətləri 7%, xidmət məhsullarının qiymətləri isə 8,79% bahalaşıb.