Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona üzrə iyun ayına olan inflyasiya məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, Avrozonada inflyasiya iyun ayında aylıq nisbətdə 0,5% artsa da, illik bazda 3,2% azalıb.
Aİ-də isə inflyasiya iyun ayında əvvəlki aya nəzərən 0,5% artıb.
2023-cü ilin müvafiq dövrünə nəzər saldıqda 3,1%-lik azalmanın olduğunu görürük.
Aİ ölkələri arasında inflyasiya iyun ayında aylıq bazda Estoniyada 2,2%, İspaniya və Rumıniyada 1,9%, Yunanıstanda isə 1,8% artıb.
