İtaliyanın baş naziri ilə İlon Mask arasında görüş keçirilib.
İndex.az xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni amerikalı iş adamı İlon Maskla görüşərək süni intellektin imkanları və risklərini müzakirə edib.
Meloni Romadakı baş nazirlik sarayı "Çigi"də keçirilən görüşlə bağlı "Twitter" hesabında paylaşım edib.
Baş nazir Meloni İlon Maskı qəbul etməkdən məmnun olduğunu bildirərək, görüşün çox məhsuldar keçdiyini bildirib.
"Süni intellektin imkanları və riskləri, Avropadakı bazar tənzimləmələri və doğum nisbətləri kimi bəzi mühüm məsələləri müzakirə etdik. Bununla yanaşı bizi birlikdə birləşdirən gələcək çağırışları barədə bir sıra məsələlər haqqında danışdıq”.
Melonidən əvvəl Mask baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani ilə də görüşüb.
