İsveçrənin ən böyük bankı UBS, keçmiş baş icraçı direktoru Sergio Ermottini geri qaytarır.

İndex.az xəbər verir ki, UBS-dən verilən açıqlamada bildirilib ki, iki ildən çox UBS-də baş icraçı direktoru vəzifəsində çalışan Ralf Hamersin əvəzinə həmin vəzifəyə bankın keçmiş baş icraçı direktoru Sergio Ermottini gətirilir.

Açıqlamada USB-nin İdarə Heyətinin yeni çağırışlar qarşısında bu qərarı verdiyi vurğulanıb.

Ermotti bankın aprelin 5-də keçiriləcək ümumi yığıncağından sonra yeni işinə başlayacaq.

"Swiss Re" şirkətinin idarə heyətinin sədri Ermotti 2011-2020-ci illərdə UBS-in baş icraçı direktoru vəzifəsində çalışıb.

İsveçrənin "Credit Suisse" bankına inam böhranı qlobal maliyyə bazarlarında şok dalğaları yaratsa da, UBS martın 19-da 260 milyard dollarlıq dövlət dəstəyi və 3 milyard frank mərkəzi bankların dəstəyi ilə "Credit Suisse"ni alacağını açıqlamışdı.