UBS ilə "Credit Suisse" arasında olan tarixi birləşmə məhkəmə araşdırmasının mövzusu olsa da, "İsveçrə Milli Bankı" razılaşmanı müdafiə edib.

İndex.az xəbər verir ki, "İsveçrə Milli Bankı"nın vitse-prezidenti Martin Şlegel İsveçrənin SRF telekanalına verdiyi müsahibədə bildirib ki, "Credit Suisse" ilə UBS arasında birləşmə razılaşması baş tutmasaydı, "Credit Suisse" iflas edəcəkdi:

“Əgər "Credit Suisse" UBS-yə satılmasaydı, ertəsi gün müflisləşəcək və qlobal maliyyə böhranına səbəb olacaqdı".

UBS ilə "Credit Suisse" arasında olan birləşmə hökumətin fövqəladə səlahiyyətlərindən istifadə edilərək, birləşmə üçün səhmdarların razılığı olmadan baş verdi. Bu həftə iki bankın ümumi yığıncağı keçiriləcək.