2023-cü ilin 3-cü rübündə Azərbaycandakı banklar tərəfindən əhaliyə 6,621 milyard manat istehlak krediti verilib.
İndex.az xəbər verir ki, hesabat dövründə əhaliyə ən çox istehlak krediti "Kapital Bank" tərəfindən verilib.
Belə ki, siyahıda lider olan "Kapital Bank"ın verdiyi istehlak kreditinin miqdarı 2,15 milyard manat təşkil edib.
Siyahıda ikinci "Azərbaycan Beynəlxalq Bankı", üçüncü isə "Unibank"dır.
Qeyd edək ki, siyahının ilk üç pilləsində yer alan bankların verdiyi istehlak krediti banklar tərəfindən əhaliyə verilmiş ümumi istehlak kreditinin 61,4%-ni təşkil edib.
İndex.az Azərbaycandakı bankların istehlak krediti üzrə renkinqini sizə təqdim edir:

