İsrailin Qəzza zolağına silsilə aviazərbələri nəticəsində 23 nəfər həlak olub.

İndex.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, hücumlar ilk növbədə Qəzza şəhəri və Xan-Yunisi hədəf alıb.

Qəzza xəstəxanalarındakı mənbələrə görə, ölənlər arasında Qəzza şəhərinin Zeytun məhəlləsindən beş nəfərlik bir ailə var.

İsrail Müdafiə Qüvvələri öz növbəsində bildirib ki, zərbələr HƏMAS-ın mövqelərini hədəf alıb və dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan-Yunisdəki əsgərləri atəşə tutmasına cavab olub.