İsrail Mərkəzi Bankı risk səviyyəsini yüksəldib.
İndex.az xəbər verir ki, İsrail mətbuatının yazdığına görə, Mərkəzi Bank makroiqtisadi risk səviyyəsini orta-aşağı risq səviyyəsindən orta-yüksək risq səviyyəsinə yüksəldib.
Hesabatda məhkəmə tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyin iqtisadiyyatda risk payını artırdığı və bunun məzənnənin aşağı düşməsi ilə müşayiət olunduğu qeyd edilib.
“Times of Israel” xəbər saytı keçən həftə bildirmişdi ki, hökumətin təklif etdiyi məhkəmə tənzimləməsi ilə bağlı siyasi qeyri-müəyyənlik İsrail valyutası şekelinin ilin əvvəlindən ABŞ dolları qarşısında təxminən 10% dəyər itirməsinə gətirib çıxarıb.
