İsrail HƏMAS ilə mübadilə razılaşması çərçivəsində Fələstin tərəfinə daha 30 nəfərin meyitini təhvil verib.

İndex.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Xan-Yunisdəki Əl-Nasir tibb kompleksindən bildirilib.

"İsraildən mübadilə razılaşması çərçivəsində 30 fələstinli məhbusun meyiti təhvil alınıb" - bəyanatda qeyd olunub.

Meyitlərin təhvil verilməsi əvvəlki mübadilələrdə olduğu kimi Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, ötən gün HƏMAS-ın nümayəndələri Qızıl Xaç nümayəndələrinə iki israilli əsirin meyitini təhvil veriblər.