İsraildə uçot dərəcələrinin rekord artım dövrü davam edir.
İndex.az xəbər verir ki, İsrail Mərkəzi Bankı inflyasiyanı cilovlamaq üçün ardıcıl 10-cu dəfə uçot dərəcələrini artırıb.
Bank iqtisadçıların proqnozlarına uyğun olaraq standart uçot dərəcəsini 4,5%-dən 4,75%-ə yüksəldib.
Faiz artımı dövrünə 2022-ci ilin aprel ayında başlayan bank ikinci dəfə faiz dərəcələrini 25 baza bəndi artırıb.
