Qlobal bazarlarda geosiyasi gərginliyin izləri davam edir.

İndex.az xəbər verir ki, FED sədri Cerom Pouel, "Nyu-York İqtisadi Klubu"nda iqtisadi görünüşlə bağlı verdiyi açıqlamada bildirib ki, bu gərginliyin davam etməsi qızıl və neft qiymətlərində artıma səbəb olur.

Pouel qeyd edib ki, iqtisadi proseslər bir müddət daha belə davam edərsə yenidən faiz artımı gözlənilə bilər.

Pauel həmçinin FED-in faiz siyasətinin ehtiyatla davam etdiyini bildirib.

FED sədri Pauelin çıxışından sonra ABŞ-da 2 illik istiqrazların faizləri aşağı düşüb.