İsrail bazar günü axşam saatlarında yaydığı bəyanatda Hizbullahın yüksək rütbəli rəsmisi Heytəm Təbtəbainin Livanın paytaxtı Beyrutun cənub ətraflarında baş verən hücumda öldürüldüyünü açıqlayıb.

İndex.az xəbər verir ki, İsrailin Beyrutun cənub ətrafına təşkil etdiyi hücumda Hizbullah komandiri də daxil olmaqla daha 4 nəfərin həlak olduğu, 28 nəfərin isə yaralandığı bildirilir.



Hizbullah isə "müqavimətin əsas fiqurunun" hücumda öldürülə biləcəyini bildirib, lakin təfərrüatları açıqlamayıb.