"TikTok" İrlandiyada külli miqdarda cərimələnib.
İndex.az xəbər verir ki, İrlandiyanın məlumatlara nəzarət orqanı Çinin "Tiktok" video paylaşma platformasına 345 milyon avro (370 milyon dollar) cərimə kəsib.
İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının (DPC) verdiyi açıqlamada video paylaşma platforması tərəfindən uşaqların şəxsi məlumatlarından istifadə ilə bağlı Avropa İttifaqı qanunlarının pozulduğu bildirilib.
Açıqlamada qeyd olunub ki, "Tiktok" tərəfindən sözügedən şəxsi məlumatların qorunması ilə bağlı pozuntular 31 iyul - 31 dekabr 2020-ci il tarixləri arasında baş verib.
