İraqın paytaxtı Bağdadın "Bağdad Beynəlxalq Hava Limanı"na “Katyuşa” raketinin atıldığı açıqlanıb.
İndex.az İraqın İNA agentliyinə istinadən xəbər verir ki, bir “Katyuşa” raketi "Bağdad Beynəlxalq Hava Limanı"nda boş əraziyə, digər “Katyuşa” raketi isə oradakı Terrorla Mübarizə Xidmətinə məxsus avtomobilin dayanacağına düşüb.
Hücum zamanı xəsarət alan olmadığı qeyd edilib.
Həmçinin bildirilib ki, təhlükəsizlik qüvvələri Bağdadın Əmiriyə rayonunda bir avtomobildə raketatan qurğu aşkarlayıb.
