İran ölkənin təhlükəsizliyini təmin etmək üçün şərq sərhədində müdafiə tikililərinin aktiv inşasını aparır.

İndex.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohammad Baqeri bildirib.

Məlumata görə, M.Baqeri bu açıqlamaları ötən gün Sistan və Bəlucistan əyalətinə səfəri zamanı qeyd edib.

O qeyd edib ki, əyalətdə İran Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu və İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin bölmələri yerləşdirilib: "Əfqanıstan və Pakistanla həmsərhəd olan bu bölgə İran Silahlı Qüvvələri üçün prioritet olaraq qalır".