"İran Milli Bankı"nın Bakı filialı 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 17.034 milyon manat azalaraq 79.586 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 96.620 milyon manat təşkil edib.

Bankın kredit portfelinin həcmi 5.636 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 9.466 milyon manat kredit verildiyini nəzərə alsaq, 3.830 milyon manatlıq artımın olduğunu görürük.

3-cü rübün sonuna "İran Milli Bankı"nın Bakı filialının depozit portfeli 1.381 milyon manat olub. İlin əvvəlində bu göstərici 8.904 milyon manat idi.

Hesabatdan görünür ki, "İran Milli Bankı"nın Bakı filialının maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 33.513 milyon manatdan 21.581 milyon manata enib (11.932 milyon manat azalma).

Bankın nizamnamə kapitalı dəyişməyib - 73.611 milyon manat.

Hesabat dövründə "İran Milli Bankı"nın Bakı filialının faiz gəlirləri 2.176 milyon manat, faiz xərcləri isə 28.8 min manat təşkil edib.

Bankın dövr üzrə xalis mənfəəti 2.794 milyon manat olub.

Bankın məcmu kapitalı isə 56.124 milyon manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, "İran Milli Bankı"nın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. Bankın səhmləri İran İslam Respublikasında yerləşən "Bank Melli İran"a məxsusdur.