İranın neft nazirinin müavini Muhsin Hocestemehr ölkəsinin gündəlik xam neft hasilatının hazırda 3 milyon 300 min barrel olduğunu və 10 gün ərzində hasilatı 100 min barel artıracaqlarını bildirib.

İndex.az xəbər verir ki, cari hökumət dövründə neft hasilatını 2,2 milyon bareldən 3,3 milyon barelə yüksəltdiklərini bildirən Hocestemehr, neft hasilatının 10 gündə 100 min barrel artımla 3,4 milyon barrelə çatacağını qeyd edib.

İran rəsmisi 8 il ərzində ölkəsinin neft hasilatını 5,7 milyon barelə çatdırmağı planlaşdırdıqlarını bildirib.

2018-ci ilin mayında ABŞ-ın sanksiyaları bərpa etməsindən sonrakı dövrdə İran neft satmaqda çətinlik çəkib və o zaman hasilatı sutkada 2 milyon barelə düşüb.