Dünya üzrə iqtisadçılar bu il və 2024-cü il üçün inflyasiyanın aşağı düşəcəyini gözləyirlər.

İndex.az xəbər verir ki, "Almaniya İqtisadi Tədqiqatlar İnstitut"u (İfo) və "İsveçrə İqtisadi Siyasət İnstitut"u (IWP) rübdə bir dəfə keçirilən “İqtisadi ekspertlər arasında sorğu”nun oktyabr ayı nəticələrini dərc edib.

Araşdırmaya görə, üç ay əvvəl 7% olan bu il qlobal inflyasiya gözləntiləri 6,2%-ə, gələn il ücün isə 6%-dən 5,2%-ə, 2026-cı il üçün isə 4,9%-dən 4%-ə geriləyib.

Bundan əlavə, regiondan asılı olaraq iqtisadçılar inflyasiya dərəcələrində böyük fərqlər proqnozlaşdırırlar.