“Avrozona”nı izləyən iqtisadçılar 2%-lik inflyasiya hədəfinin 2025-ci ilin birinci rübündə əldə ediləcəyini proqnozlaşdırıblar.

İndex.az xəbər verir ki, daha əvvəl ilk faiz endiriminin 2024-cü ilin sentyabrında olacağı təxmin edilsə də, iqtisadçılar artıq bunun 2024-cü ilin iyun ayında baş verəcəyini düşünür.

İqtisadçıların proqnozuna görə 2024-cü ilin birinci rübündə illik inflyasiya orta hesabla 1,9% olacaq.

Bundan əvvəl iqtisadçılar inflyasiyanın ilin birinci rübü üçün orta hesabla 2,2% olcağını proqnozlaşdırmışdılar.