İqtisadçılar Avropa Mərkəzi Bankının (AMB) uçot dərəcələrini nə qədər azaldacağı ilə bağlı gözləntilərini azaltmağa başlayıblar.
İndex.az xəbər verir ki, iqtisadçılar hazırda 4% olan depozit faizində ilk endirimin gələn həftə olacağına əmin olsalar da, ümumi faiz endirimi gözləntisini 1,75%-dən 1,50%-ə endiriblər.
"Avrozona" iqtisadiyyatında gözlənilməz bərpa və davam edən əməkhaqqı təzyiqləri daha az faiz endiriminin daha az olacağını göstərir.
"AXA İnvestisiya Menecerləri"nin iqtisadçısı Huqo Le Damani bildirib ki, AMB önümüzdəki növbəti 5 rübdə faiz endirimi edərək 1 il sonra depozit faizini 2,75%-ə endirəcək.
