İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.

İndex.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 85 milyon manat və ya 8 % artırılaraq 1 milyard 68 milyon 400 min manatdan 1 milyard 153 milyon 400 min manata çatdırılıb.

Qeyd edək ki, nizamnamə kapitalının artırımı 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 85 milyon manat hesabına təmin edilməlidir.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Fonda isə bu fərmandan irəli gələn məsələləri həll edilmək tapşırılıb.