"iPhone"ları bilərəkdən yavaşlatdığı üçün "Apple"a qarşı məhkəmə çəkişmələri bir-birini izləyir.

İndex.az xəbər verir ki, texnoloji nəhəng Böyük Britaniyada yeni bir iddia ilə üz-üzə qalıb.

ABŞ, Fransa və Koreyadan sonra "Apple" Böyük Britaniyada da "iPhone"nu bilərəkdən yavaşlatması ilə bağlı məhkəmə iddiası ilə üzləşib.

Sözügedən iddiada "Apple", müəyyən "iPhone"larda tapılan batareya problemlərini gizlədən və "iPhone 6"dan "iPhone X"ə qədər müxtəlif "iPhone" modellərinin performansını məhdudlaşdıran enerji idarəetmə aləti quraşdırmaqda ittiham olunur.

"Apple" açıqlamasında bu qanuni addımın heç bir əsasının olmadığını bildirərək ittihamları rədd edib.