Bu gün "Apple" "iPhone" modellərində əsas dizayn dəyişikliklərindən qaçır. Ancaq "iPhone 17" seriyası ilə bu dəyişə bilər.

İndex.az xəbər verir ki, şirkətin bir müddətdir ki, ultra nazik telefon üzərində işləməsi gündəmdədir. Son olaraq "iPhone 17 Air" adlanacaq bu modelin yeni görüntüləri paylaşılıb.

"Front Page Tech"dən Jon Prosser "iPhone 17 Air" modelinə aid olduğu iddia edilən dizayn şəkillərini paylaşdı. Yeni sızmaya görə, "iPhone 17 Air" "Apple"in indiyə qədər istehsal etdiyi ən nazik "iPhone" modeli olacaq.

Əvvəllər "iPhone 6" 5,9 mm qalınlığında ən nazik "iPhone" kimi tanınırdı. Bununla belə, "iPhone 17 Air"in 5,5 mm qalınlığında olacağı və "iPhone" seriyasında rekord qıracağı bildirilir. Müqayisə üçün qeyd edək ki, “Apple”in ən nazik cihazı adı 5,1 mm qalınlığında olan 13 düymlük "OLED iPad Pro"ya məxsusdur.

Bundan əlavə, "iPhone 17 Air" təkcə incəliyi ilə deyil, dizayn yanaşması ilə də diqqət çəkəcək. Pro modellərinə daxil olduğu deyilən cihazın arxa tərəfində yeni kamera çubuğu var. Ancaq Pro modelləri kimi üçlü kamera sistemi yerinə tək kamera sensoru, LED flaş və mikrofon ilə daha sadə dizayna üstünlük verildi.

"iPhone 17 Pro" modelləri üçlü kamera sistemi, LiDAR skaneri, LED flaş və mikrofon kimi əlavə komponentləri ehtiva etdiyi üçün "iPhone 17 Air" ilə müqayisədə daha böyük bir quruluşa sahib olacaq. Bu sızmaların dəqiqliyi hələ təsdiqlənməyib. Bununla belə, "Apple"in "iPhone 17" seriyası ilə dizayn dəyişikliyi edəcəyi bir çox mənbə tərəfindən təsdiqlənib.