"iPhone 15"in çıxması ilə satışdan çıxacaq "iPhone" modelləri açıqlanıb.

İndex.az xəbər verir ki, "Apple"ın yaydığı məlumatda bildirilib ki, yeni "iPhone 15" təqdim edildikdən sonra, bir neçə modelin rəsmi olaraq satışı dayandırılacaq və onlar yalnız müəyyən e-ticarət saytlarında mövcud olacaq.

Belə ki, "iPhone 15" təqdim edildikdən sonra "iPhone 12", "iPhone 14 Pro", "iPhone 14 Pro Max" və "iPhone 13 mini" modellərinin satışları rəsmi olaraq dayandırılacaq.

"iPhone 14 Plus" isə "Apple"ın uzun müddətdir satışa çıxarmadığı "Plus" modeli olduğu üçün istehsaldan çıxarılmaya bilər.

Qeyd edək ki, "iPhone 15" seriyasına dörd model daxil olacağı gözlənilir: "iPhone 15", "iPhone 15 Plus", "iPhone 15 Pro" və "iPhone 15 Pro Max".