İnvestorların verdiyi açıqlamadan sonra qızılın qiyməti sabit qalıb.
İndex.az xəbər verir ki, investorlar ABŞ-ın borc limiti böhranının həll yoluna yaxınlaşdığına dair siqnallar verdikləri üçün qızılın qiyməti dəyişməyib.
Hazırda qızılın unsiyası 1976 dollara satılır.
Qeyd edək ki, ABŞ prezident Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti keçiriləcək görüşdən əvvəl danışıqlar üçün bir araya gəliblər.
Danışıqlarla bağlı açıqlamalar verərkən, Bayden görüşün yaxşı keçdiyini bildirib.
