"Bank of America" (BofA) investorların ivestisiya qoyduğu sahəlır haqqında hesabatda qeyd edib.
İndex.az xəbər verir ki, BofA-nın tərtib etdiyi hesabata görə, qlobal investorlar həftə ərzində investisiya edilə bilən korporativ istiqraz fondlarına 3,6 milyard dollar yönəldiblər.
Korporativ istiqraz fondlarına xalis kapital axını isə 31 həftədir davam edir.
Qlobal uçot dərəcələrinin yüksəlməsi korporativ istiqrazların gəlirliliyini yüksəltmiş, alıcıları ödənişlərlə şirnikləndirmiş, eləcə də uçot dərəcələri düşməyə başlayan kimi qiymətlərin yüksələcəyinə ümid bəsləmişdir.
Ümumilikdə, investorlar bu həftə istiqraz fondlarına 5,1 milyard dollar yatırıblar.
İstiqraz fondlarına kapital axını 23 həftədir ki, davam edir.
