Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan "Intel", kriptovalyutada istifadə edilən çip seriyalarının istehsalını dayandırdığını açıqlayıb.

İndex.az xəbər verir ki, "Intel" tərəfində edilən açıqlamada bildirilib ki, "Blockscale 1000" seriyası ömrünü tamamlasa da, şirkət "IDM 2.0" üzərində sərmayələrini cəmləşdirərək bu sahədə müştərilərinə dəstəyini davam etdirəcək.

Şirkət kriptovalyuta məkanında bazar imkanlarını izləməyə davam edəcəyini də qeyd edib.

"Intel"in saytındakı məlumata görə, şirkət oktyabr ayına qədər "Blockscale" seriyası üçün sifarişləri qəbul etməyi və gələn ilin aprel ayına qədər tədarükü başa çatdırmağı planlaşdırır.

2021-ci ildə "Intel" istehsal, innovasiya və məhsul liderliyi hədəflərinə uyğun olaraq "IDM 2.0" strategiyasını açıqlayıb və bu sahədə yatırımlar edib.