"Intel", "Amazon Web Services" (AWS) ilə strateji əməkdaşlığını genişləndirib.

İndex.az xəbər verir ki, "İntel" AWS üçün süni intellekt çipləri istehsal edəcəyini açıqlayıb.

Açıqlamada qeyd olunub ki, AWS ilə genişləndirilmiş əməkdaşlıq çərçivəsində "Intel" AWS üçün xüsusi süni intellekt çipi istehsal edəcək.

Bəyanatda bildirilir ki, bu əməkdaşlıq "Intel" və AWS-nin ABŞ-da yerləşən yarımkeçirici istehsalını sürətləndirməsinə və Ohayoda canlı süni intellekt ekosistemi yaratmasına töhvə verir.

Eləcə də AWS-nin 2015-ci ildən bəri Ohayo əyalətinə 10,3 milyard dollarlıq sərmayə qoyduğu vurğulanıb.

Əlavə olaraq şirkət 7 milyard dollar sərmayə qoymağı planlaşdırır.