"İnstagram"da DM vasitəsilə əlaqə saxlayanlar üçün yeni məhdudiyyət tətbiq edilir.
İndex.az xəbər verir ki, platforma birbaşa mesaj vasitəsilə istifadəçini narahat edən tanımadığı istifadəçiləri blok edəcək.
Beləliklə, kimsə sizə "İnstagram"da DM vasitəsilə arzuolunmaz şəkil və video göndərdikdə birbaşa bloklanacaq.
Bununla da siz qarşı tərəflə ilk növbədə yazılı şəkildə ünsiyyət qura biləcəksiniz və sorğunuz qəbul edildikdə, mətndən başqa bir şey paylaşa biləcəksiniz.
