Yenilənmiş müqavilə çərçivəsində "Microsoft"un oyun şirkəti "Activision Blizzard"ı satın alması ilə bağlı yaranmış problem həll olunub.

İndex.az xəbər verir ki, "Microsoft"un təqribən 69 milyard dollarlıq satınalma prosesi ilə bağlı Britaniya Rəqabət Təşkilatından verilən açıqlamada bildirliib ki, yeni müqaviləyə əsasən, "Microsoft" "Activision"a məxsus bulud oyun hüquqlarını almayacaq və bunun əvəzinə "Activision" müstəqil üçüncü tərəf olan "Ubisoft Entertainment SA"ya (Ubisoft) satılacaq.

Britaniya Rəqabət Təşkilatı hesab edir ki, yenidən strukturlaşdırılmış müqavilə bu ilin əvvəlində ilkin satış əməliyyatı ilə bağlı yaranmış problemi əhəmiyyətli dərəcədə həll edəcək.

Qurumun açıqlamasında yeni sazişlə bağlı məsləhətləşmə prosesinin oktyabrın 6-dək davam edəcəyi bildirilib.