İngiltərədə yay endirimləri və idman tədbirləri ilə əlaqədar univermaqlar və idman malları mağazalarının satışlarının artımı pərakəndə satışların artımında özünü göstərib.

İndex.az xəbər verir ki, İngiltərədə pərakəndə satışlar ötən ay 0,5% artıb.

Lakin bu artım iqtisadçıların gözləntilərində aşağı olub.

Belə ki, iqtisadçıların gözləntiləri 0,6% artımın olacağı idi.

Qeyd edək ki, iyun ayına nəzər saldıqda satışların 0,9% azaldığını görürük.