Böyük Britaniyada may ayı inflyasiya məlumatları açıqlanıb.

İndex.az xəbər verir ki, açıqlanan məlumatlara görə, 2%-lik inflyasiya hədəfinə təxminən üç ildən sonra nail olunub.

Apreldə illik inflyasiya 2,3% təşkil edib.

İqtisadçıların gözləntiləri illik inflyasiyanın 2%-ə düşəcəyi idi.