Oktyabr ayında İngiltərədə inflyasiya ötən ilə nisbətən 4,6% azalaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

İndex.az xəbər verir ki, digər tərəfdən, aylıq inflyasiyanın 2,1% azalması 1992-ci ildən bəri ən kəskin azalma olaraq qeyd edilib.

Oktyabr ayında İngiltərədə inflyasiyanın illik 4,7% artacağı gözlənilirdi.

Ölkədə ərzaq və enerji qiymətləri nəzərə alınmayan baza inflyasiyası 5,7% təşkil edib.

Sentyabr ayında ümumi baza inflyasiyası isə 6,1% olaraq təyin olundu.