"Aprel ayında inflyasiyanın 8,7%-ə düşməsinə baxmayaraq, ərzaq inflyasiyası yüksək olaraq qalır".

İndex.az xəbər verir ki, bu sözləri Britaniyanın maliyyə naziri Ceremi Hant söyləyib.

Hunt, bu gün açıqlanan inflyasiya məlumatlarını qiymətləndirməsində inflyasiyanın azalmasına baxmayaraq bundan razı qalmamalı olduqlarını dilə gətirib:

"Ərzaq qiymətlərində xüsusilə görüləcək işlər var. Ərzaq qiymətləri hələ də sürətlə yüksəlir və ərzaq inflyasiyası qorxulu dərəcədə yüksək səviyyədədir. Hökumətin inflyasiyanın yarıya endirilməsi üçün dəqiq planı var".