Britaniya xeyriyyə təşkilatı "Trussell Foundation" İngiltərədə aclıq təhlükəsi ilə üz-üzə qalan insanların sayını açıqlayıb.

İndex.az xəbər verir ki, "Trussell Foundation"ın hesabatına görə, İngiltərədə 9,3 milyon insanın aclıq təhlükəsi ilə üz-üzədir.

Hesabatda bildirilib ki, onlardan təxminən 3 milyonu uşaqdır.

Gələn il bu rəqəmin 425 min nəfər artacağı proqnozlaşdırılıb.