Sunak və ABŞ prezidenti Co Bayden ikitərəfli görüşdən sonra Ağ Evdə birgə mətbuat konfransı keçirib.

İndex.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak süni intellektin təhlükələrinə diqqət çəkərək, bu mövzuda təcili tədbirlər görülməli olduğunu bildirib.

İkitərəfli iqtisadi əlaqələri dərinləşdirmək və gələcəyi formalaşdıracaq əməkdaşlığı genişləndirmək üçün "əhəmiyyətli və müsbət" görüşlər keçirdiklərini bildirən Bayden, sürətlə dəyişən dünyada texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlığı müzakirə etdiklərini söylədi.

İqtisadi əsaslı bir razılaşma olan "Atlantik Bəyannaməsi"ni dərc etdiklərini qeyd edən Bayden, razılaşmanın təmiz enerji, milli təhlükəsizlik üçün əhəmiyyətli olan yeni texnologiyalar və kritik minerallar üçün tədarük zəncirinin gücləndirilməsi kimi mövzulara diqqət yetirdiyini ifadə etdi.