İqtisadçı Huv Pil verdiyi müsahibədə mərkəzi bankın izlədiyi pul siyasəti və ölkədəki inflyasiya səviyyəsi ilə bağlı qiymətləndirmələr edib.
İndex.az xəbər verir ki, "İngiltərə Bankı"nın (BoE) baş iqtisadçısı Huv Pil, İsveçrənin "Le Temps" qəzetinə verdiyi müsahibədə bankın faiz artımı silsiləsini davam etdirib-etməyəcəyi ilə bağlı dəqiq bir siqnal verməyib.
Pil bildirib ki, BoE-nin növbəti iclasda qərarının əmək bazarındakı inkişaflardan asılı olacaq:
"Biz uçot dərəcələrini 400 baza bəndi artırdıq. Bu tədbirlərin qüvvəyə minməsi üçün 18 ay lazım olacaq. Daha çox iş görülüb-görülməyəcəyini inflyasiyanın gedişatında görmək mümkün olacaq. Mərkəzi bank əmək bazarındakı hadisələrə və şirkətlərin qiymətləri yüksəltmək imkanlarına baxacaq. BoE-nin məqsədi inflyasiyanın iqtisadiyyat üçün yersiz zərər vermədən hədəf səviyyəyə endirilməsidir. Qaz qiymətlərinin aşağı düşməsindən sonra bu il inflyasiya kəskin şəkildə düşəcək".
