Avropa Mərkəzi Bankının üzvü de Pablo Hernandez de Kos, "İncipe" İnstitutunun təşkil etdiyi virtual tədbirdə faiz dərəcəsi yolu ilə bağlı qiymətləndirmələr edib.

İndex.az xəbər verir ki, AMB-nin üzvü və İspaniya Mərkəzi Bankının sədri Pablo Hernandez de Kos borclanma xərclərində artım dövrünün sona yaxınlaşdığını, lakin hələ getməli bir yol olduğunu söylədi.

De Kosun fikrincə, monetar sərtləşdirmədə son mərhələyə çatmaqlarına baxmayaraq, inflyasiyanın hələ də nəzarətə ehtiyacı var.

"İnflyasiya hədəfimizə çatdığımızı görənə qədər faiz dərəcələri məhdudlaşdırıcı diapazonda qalmalıdır".